Menyu

Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək

Operativ Media
Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Səfər çərçivəsində Paşinyan Antalyada keçirilən beynəlxalq konfransda iştirak edəcək.

Qeyd edək ki, COP31 noyabrın 9-da fəaliyyətə başlayıb və ayın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

Görüşlərdə iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Əlaqəli Xəbərlər