Menyu

İran: ABŞ hərbi bazalarına zərbələrimiz müdafiə xarakteri daşıyır

Operativ Media
İran: ABŞ hərbi bazalarına zərbələrimiz müdafiə xarakteri daşıyır
1 dəq oxu

Tehranın qonşu ölkələrə endirdiyi zərbələr BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransı zamanı deyib.

O, İranın hücumlarının sırf müdafiə xarakteri daşıdığını və yalnız İrana zərbə endirmək üçün istifadə olunan ABŞ hərbi bazalarını hədəf aldığını bildirib.

Bəqayi həmçinin Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə və öz ərazilərindəki bazalardan raket, PUA və təyyarələrin buraxılmasına şərait yaratmaqda ittiham edib.

Sözçü bununla bağlı Tehranın əlində sübutların olduğunu və məsələnin diplomatik kanallarla ciddi şəkildə izləniləcəyini qeyd edib.

Əlaqəli Xəbərlər