Menyu

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
1 dəq oxu

Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən Operativ Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər