Menyu

Azərbaycanın Hindistana xam neft və neft məhsullarının ixracında ciddi artım qeydə alınıb

Operativ Media
Azərbaycanın Hindistana xam neft və neft məhsullarının ixracında ciddi artım qeydə alınıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 399,2 milyon ABŞ dolları dəyərində 524,3 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə dəyər ifadəsində 7,4 dəfə, həcm baxımından isə 4,9 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən 10,1 milyard dollar dəyərində 15,8 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Hindistan 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 3,3 faizi bu ölkənin payına düşüb.

Əlaqəli Xəbərlər