Karlos Puyol Andorra klubunda vəzifəyə təyin olunub
“Barselona” və İspaniya millisının sabiq müdafiəçisi Karles Puyol Andorranın “İnter Eskaldes” klubunda beynəlxalq əlaqələr və futbol üzrə direktor təyin olunub.
Operativ Media xəbər verir ki, 48 yaşlı ispaniyalı klubun beynəlxalq arenada inkişafına, ölkə xaricində mövqeyinin gücləndirilməsinə və institusional fəaliyyətinin genişləndirilməsinə cavabdeh olacaq.
Puyol 2022-ci ildən ailəsi ilə birlikdə Andorrada yaşayır. O, futbolçu karyerasını başa vurduqdan sonra “Barselona”nın sabiq futbolçusu İvan de la Penya və hüquqşünas Ramon Sostreslə birlikdə agentlik şirkəti yaradıb. 2014/2015 mövsümündə isə “Barselona”da Andoni Subisarretanın köməkçisi, idman direktorunun assistenti vəzifəsində çalışıb.
“İnter Eskaldes” Puyolun kluba qoşulmasını institusional inkişaf istiqamətində yeni mərhələ kimi qiymətləndirib.
Andorra çempionunun tarixində ilk dəfə avrokubokların əsas mərhələsinə yüksəlib. Komanda 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında mübarizə aparır.