Menyu

Dani Alves: Həbsdə futboldan daha xoşbəxt idim

Operativ Media
Dani Alves: Həbsdə futboldan daha xoşbəxt idim
1 dəq oxu

“Barselona” və Braziliya millisının sabiq müdafiəçisi Dani Alves həbsdə olduğu dövrdə futbol oynadığı illərlə müqayisədə özünü daha xoşbəxt hiss etdiyini bildirib.

Operativ Media xəbər verir ki, 43 yaşlı braziliyalı “Goal”a açıqlamasında həbsdə aylıq 113 avro qazandığı vaxt milyonlarla avro əldə etdiyi futbol karyerasından daha xoşbəxt olduğunu söyləyib.

Alves həbs müddətində təmizlik işləri ilə məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, dini inancı pula və uğura münasibətinin dəyişməsində mühüm rol oynayıb.

Braziliyalı futbolçu 2023-cü ilin yanvarında cinsi zorakılıq ittihamı ilə həbs edilib. 2024-cü ilin fevralında o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin martında 1 milyon avro girov qarşılığında azadlığa çıxan Alves təxminən 14 ay həbsdə qalıb.

2025-ci ilin martında Kataloniya Ali Məhkəməsi əvvəlki hökmü ləğv edərək Alvesə bəraət verib.

Dani Alves karyerası ərzində “Barselona” ilə üç dəfə UEFA Çempionlar Liqasının, Braziliya millisi ilə isə iki dəfə Amerika Kubokunun qalibi olub.

Əlaqəli Xəbərlər