Menyu

ASCO quru yük daşımalarının ümumi həcmini 37%, tranzit daşımalarını isə 113% artırıb

Operativ Media
ASCO quru yük daşımalarının ümumi həcmini 37%, tranzit daşımalarını isə 113% artırıb
1 dəq oxu

AZCON Holding şirkətlərindən olan ASCO 2026-cı ilin yanvar–oktyabr aylarında quru yük daşımaları üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha yüksək nəticə əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Hesabat dövründə ASCO-nun quru yük gəmiləri ilə ümumilikdə 1 milyon 538 min 110 ton yük daşınıb. 2025-ci ilin 10 ayında isə bu rəqəm 1 milyon 123 min 822 ton təşkil edib. Beləliklə, daşınan yükün həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37% artıb.

Müsbət dinamika oktyabr ayının göstəricilərində də özünü göstərib. Belə ki, 2026-cı ilin oktyabrında 122 min 922 ton yük daşınıb. Bu, ötən ilin eyni ayında qeydə alınan 104 min 756 tonla müqayisədə 18 min 166 ton və ya 17% artım deməkdir.

Tranzit yükdaşımalarında isə daha yüksək artım müşahidə olunub. Cari ilin yanvar–oktyabr aylarında quru yük gəmiləri ilə 1 milyon 124 min 188 ton tranzit yük daşınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 527 min 89 ton olub. Nəticədə tranzit daşımalarının həcmi 597 min 99 ton və ya 113% yüksəlib.

Əlaqəli Xəbərlər