Menyu

Tovuzda hamilə qadın bıçaqlanıb

Operativ Media
Tovuzda hamilə qadın bıçaqlanıb
1 dəq oxu

Noyabrın 13-də saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxs dərhal əməliyyata alınıb. Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, noyabrın 13-də saat 17:10 radələrində 2002-ci il təvəllüdlü qadın qarın boşluğunundan bıçaq zərbələri alıb.

Polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə. Məmmədzadə saxlanılıb.

Əlaqəli Xəbərlər