Menyu

Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Operativ Media
Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib
1 dəq oxu

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz “X” sosial media hesabında paylaşım edib.

Məlumata görə, görüşdə Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir bildirib ki, strateji tərəfdaşlığın iqtisadi məzmununun zənginləşdirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması istiqamətində səylər davam etdiriləcək.

Əlaqəli Xəbərlər