25 Oktyabr 2022, 20:38
Son 1 ildə valyuta ehtiyatlarımızda 295.4 milyon dollar artım olub
Son 1 ildə valyuta ehtiyatlarımızda 295.4 milyon dollar artım olub şəkil
Son 1 ildə valyuta ehtiyatlarımızda 295.4 milyon dollar artım olub

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 53 053,7 milyon ABŞ dolları təşkil edib.

“Operativ Media" xəbər verir ki, bunun 85,5 %-i və yaxud 45 386,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 14,5 %-i və yaxud 7 667,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 375 milyon dollar və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 79,6 milyon dollar və yaxud 0,2 %, AMB-nin valyuta ehtiyatlarında isə 295,4 milyon dollar və yaxud 4 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 793,5 milyon dollar və yaxud 3,5 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 160 milyon dollar və yaxud 2,6 %, AMB-nin valyuta ehtiyatları isə 633,5 milyon dollar və yaxud 9 % artım nümayiş etdirib.

Son xəbərlər
Ukraynadakı münaqişədə ölənlərin sayı açıqlanıb
Qurban Qurbanov: Builki avrokubok oyunları yaxşı təcrübə oldu
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi