http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İlham Əliyev: Çox tezliklə "Abşeron" yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər

31 May 2023 , 12:24
İlham Əliyev: Çox tezliklə "Abşeron" yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər

Azərbaycanın 2027-ci ilədək Avropaya qaz tədarükünü iki dəfəyədək artırması üçün resursları mövcuddur.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, çox tezliklə "Abşeron" yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər: “Bizim planımız 2027-ci ilədək Avropa İttifaqı bazarına qaz tədarükümüzü iki dəfə artırmaqdır. Bu, tamamilə realdır. Əgər bizim qaz tədarükümüzün dinamikasına baxsaq görərik ki, 2021-ci ildə bu 8 milyard kubmetr idi, bu il isə bu, 20 milyard kubmetr olacaq. Bu, bizim ümumi ixracımızın təxminən yarısıdır. 2027-ci ilədək minimum 20 milyard kubmetrə çatdırılması üçün resurslar mövcuddur. Bizim əsas qaz sahələrimizdən biri “Şahdəniz”dir, digəri isə “Abşeron” qaz sahəsidir. Biz tezliklə "Abşeron"dan ilk qaz haqqında çox yaxşı xəbər eşidəcəyimizə ümid edirik. Hətta mən deyə bilərəm ki, çox tezliklə”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu