Menyu

Qazaxıstanda keçirilən yerli nümayəndəlik orqanlarına seçkilərdə seçici fəallığı 45 faizi keçib

Operativ Media
Qazaxıstanda keçirilən yerli nümayəndəlik orqanlarına seçkilərdə seçici fəallığı 45 faizi keçib
1 dəq oxu

Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Qazaxıstanın bütün səviyyələrində maslihatlara (yerli nümayəndəlik orqanları) deputatlarının növbədənkənar seçkilərində seçici fəallığı 45,46 faiz təşkil edib.

Operativ Media Qazaxıstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, ən yüksək seçici fəallığı Jetsu (58,35 faiz), Türküstan (56,91 faiz) və Qızılorda (56,38 faiz) vilayətlərində qeydə alınıb.

Seçicilərin 33,27 faizi Astanada, 32,74 faizi Şımkentdə və 25,72 faizi Almatıda səs verib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanadakı “Müstəqillik Sarayı”nda yerləşən seçki məntəqəsində səsvermədə iştirak edib.

Seçici siyahılarında 12.679.459 nəfər var. Ölkə üzrə 10.338 seçki məntəqəsi açılıb.

Əlaqəli Xəbərlər