31 Oktyabr 2022, 09:04
Türkiyəli səyyahların Zəngilana səfəri baş tutub
Türkiyəli səyyahların Zəngilana səfəri baş tutub şəkil
Türkiyəli səyyahların Zəngilana səfəri baş tutub

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

"Operativ Media" xəbər verir ki , türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra Zəngilana səfər edib. Gəzintiyə Zəngilan rayonunun Ağalı kəndindən start verib. Qonaqlar, Azərbaycan dövlətinin Zəngilanın erməni işğalından azad olunduqdan sonra Ağalı kəndinin bərpası, sakinlərin kəndə köçürülməsi və yaşaması ilə tanış olublar. Onlara Zəngilan rayonunda aparılacaq yenidənqurma və bərpa işləri və şəhərin baş planı haqqında məlumat verilib. Qonaqların Zəngilandan sonra Cəbrayıl rayonunun Xudafərin kəndinə getməsi planlaşdırılır.

Səfərdə iştirak edən heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

Son xəbərlər
Azərbaycan XİN Litvanı təbrik edib
Dəməşq hava limanı bərpa edilir
Güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək