Kür çayında bulanıqlığın artması ilə əlaqədar bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək
Nərmin Qocamanlı
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.
Həmçinin agentlik abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma