Ötən il “Azərkosmos”un ümumi mənfəəti 4,4 milyon, xalis mənfəəti isə 1,4 milyon olub
Nərmin Qocamanlı
“Azərkosmos” ASC 2022-ci ilə dair illik hesabat sənədini təqdim edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 2022-ci ilin maliyyə nəticələrinə əsasən, “Azərkosmos”un ümumi mənfəəti 4,4 milyon, xalis mənfəəti isə 1,4 milyon olub.
Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır.
Qeyd edək ki, “Azərkosmos” 10 illik fəaliyyəti dövründə “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.
Teqlər:
"Ötən il “Azərkosmos”un ümumi mənfəəti 4 4 milyon xalis mənfəəti isə 1 4 milyon olub"