http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Narkokuryerliyə cəlb edilən şəxs Biləsuvarda 18 kiloqram narkotiklə saxlanılıb

22 İyun 2023 , 09:20
Narkokuryerliyə cəlb edilən şəxs Biləsuvarda 18 kiloqram narkotiklə saxlanılıb

Biləsuvarda Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini Amid Bayramov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun sərnişin kimi əyləşdiyi “VAZ” markalı avtomobilə baxış zamanı Amid Bayramova məxsus 18 kiloqram, o cümlədən 4 kiloqram heroin, 9 kiloqramdan artıq metamfetamin, 5 kiloqrama yaxın tiryək və 109 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı A. Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə narkotiklərin satışını təşkil etdiyi müəyyən edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə paytaxt sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Axtarış zamanı onlardan 3 kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilib. 
Digər bir əməliyyat tədbiri nəticəsində saxlanılan Biləsuvar rayon sakini Camal Rəhimovun üzərindən külli miqdada heroin, metadon həbi, yaşadığı evin həyətindən isə çətənə kolları aşkarlanaraq götürülüb. 

Ümumilikdə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son 20 gün ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 43 nəfər saxlanılıb, həmin şəxslərdən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
Menyu