http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Lənkəranda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı “Müasir Təbabətdə İnvaziv Radiologiyanın rolu” elmi-praktiki konfrans keçirilib -VİDEO / FOTO

22 İyun 2023 , 10:55
Lənkəranda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı “Müasir Təbabətdə İnvaziv Radiologiyanın rolu” elmi-praktiki konfrans keçirilib -VİDEO / FOTO

Lənkəranda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Təbabətdə İnvaziv Radiologiyanın rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.

"Operativ Media" xəbər verir ki, “Admedia” reklam agentliyinin media dəstəkçisi olduğu tədbirin moderatorları invaziv radioloq PhD.MD İlyas Həsənov, endokrinoloq MD Samir Şükürov, invaziv kardioloq UZM.DR Mehman Ağamalıyev olub. Həmçinin invaziv radioloq PhD.MD İlyas Həsənov, cərrah-fleboloq PhD.MD Ceyhun Babayev, invaziv neyroradioloq PhD.MD Ruslan Pişanov, invaziv radioloq UZM.DR İlqar Allahverdiyev məruzələrlə çıxışlar ediblər. 

Konfransın açılış mərasimində çıxış edən endokrinoloq MD Samir Şükürov şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri (zob), hipofiz vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, endokrin sonsuzluq, boy qısalığı, artıq çəki kimi bütün növ endokrinoloji problemlərin beynəlxalq səviyyədə müalicə metodlarından bəhs edib.  Samir Şükürov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə bütün sektorlar kimi, səhiyyə sahəsinə də xüsusi diqqət ayırıb:

"Ulu Öndər Heydər Əliyevin sosialyönümlü siyasət strategiyası bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan səhiyyəsi müasir standartlara cavab verəcək səviyyədədir. Ümummilli lider  Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə  hər il iyunun 17-i Azərbaycanda  tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Xaricdə təhsil alan gənclərimizin və həkimlərimizin ölkəmizə gətirdiyi yeni tibbi biliklər fonunda öz işini bilən minlərlə tibb işçimiz var. İnanıram ki, bugünkü konfransda aparılan müzakirələr də yeni biliklər qazandıracaq".

Daha sonra çıxış edən Azərbaycanın ilk invaziv radioloqu PhD.MD İlyas Həsənov beyin damar patalogiyalarının cərrahi kəsiksiz, invaziv üsullarla effektiv və pasient üçün ən az travmatik müalicəsi, anevrizmaların coil embolizasiyası, qaraciyər şişlərinin kimyəvi embolizasiyası haqqında məlumat verib. 

Müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunan İinvaziv kardiologiya barədə danışan UZM.DR Mehman Ağamalıyev dijital cihazların mövcudluğunu, bu cihazlar sayəsində əldə olunan nəticələri, müasir müalicə metodlarını, əməliyyatları, bir sözlə, invaziv kardiologiyanın təkminləşdirilməsini önə çəkib.

Konfransda çıxış edən cərrah-fleboloq PhD.MD Ceyhun Babayev çıxışında diabetik ayaq, səbəbləri, simptomlar və müalicə metodları barədə geniş məlumat verib. 

 Beyin qansızmalarında və işemik insult zamanı invaziv radiologiyanın roluna toxunan invaziv neyroradioloq PhD.MD Ruslan Pişanov isə vurğulayıb ki,  beyin anevrizması qan damarlarının divarındakı zəiflik nəticəsində beyində arteriyada meydana gələn qabarıqlıq və ya balonlaşmadır. Arteriyanın partlamasının əlamətlərinə şiddətli baş ağrısı, ürəkbulanma, qusma, nitqin pozulması, huşun itməsi və hərəkətin çətinləşməsi daxildir. Xırda anevrizmalar heç bir simptom vermir, amma böyük, nəhəng anevrizmalar isə bəzi simptomlar verir. Çünki onlar beyində basqı yaradır.

Konfransda çıxış edən invaziv radioloq UZM.DR İlqar Allahverdiyev öz növbəsində  İnvaziv Radiologiyada non-vaskulyar müdaxilələr məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, İnvaziv Radiologiya  təbabətin flüoroskopiya, rentgenoskopiya, ultrasəs, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, DS angioqrafiya və digər radioloji metodların tətbiqi ilə aparılan, diaqnostik və müalicəvi xarakterli prosedur və əməliyyatları birləşdirən sahəsidir. İnvaziv Radiologiya əsasən iki böyük qrupa bölünür: Damar və Qeyri-damar bölməsi. Qeyri-damar bölməsi və ya non-vaskulyar sidik-ifrazat, tənəffüs və həzm sisteminin patologiyalarının diaqnostika və müalicəsi ilə məşğuldur.

Qeyd edək ki, “Müasir Təbabətdə İnvaziv Radiologiyanın rolu” mövzusunda elmi-praktiki konfransın keçirilməsində əsas məqsəd tibbin bu sahəsi üzrə elmi axtarışların ümumiləşdirilməsi, praktiki bacarıqların formalaşması, informasiya mübadiləsinə nail olmaq və dünya standartlarının tətbiqini təmin etməkdən ibarətdir.



 

OXŞAR XƏBƏRLƏR
Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu