http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Hərbi liseyin kursantları Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edir

22 İyun 2023 , 16:27
Hərbi liseyin kursantları Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edir

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Qazaxıstanın “Spassk” təlim mərkəzində keçirilən “Aybın” hərbi vətənpərvərlik toplanışında iştirak edirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistandan ümumilikdə 43 komanda üzrə 700 nəfərin iştirak etdiyi toplanışda plana uyğun olaraq intellektual, hərbi-taktiki səhra oyunları, yaradıcılıq və robototexnika üzrə yarışlar keçirilir. Hərbi vətənpərvərlik toplanışı zamanı hər üç ölkənin hərbçiləri təmsil etdiyi xalqların mədəniyyətini əks etdirən proqramlar təqdim edib.

Azərbaycana aid bölmədə ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələrinə dair kursantlarımızın nümayiş etdirdiyi ekspozisiyalar böyük maraqla izlənilib. Toplanış çərçivəsində “Aybın - dostluq məkanı” parkında ağacəkmə aksiyası keçirilib. Həmçinin iştirakçıların hərbi texnika sərgisi və səyyar muzey ekspozisiyasını ziyarəti də planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu