Menyu

Özbəkistan səfirinə "Ulduz" jurnalı hədiyyə olunub

Özbəkistan səfirinə "Ulduz" jurnalı hədiyyə olunub
1 dəq oxu

Bu gün Azərbaycan Yazıçılar Birliyini ziyarət edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə görüşüb.

"Operativ Media" xəbər verir ki, dərginin Daşkənd bürosunun fəaliyyət göstərməsini təqdir edən səfir Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqda məlumatlandırılıb.

"Ulduz" jurnalının son sayları hədiyyə olunan Aşrafxanov Baş redaktora təşəkkür edib, ədəbi əməkdaşlıqda uğurlar arzulayıb.

Əlaqəli Xəbərlər