http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Azərbaycana qar yağıb - FAKTİKİ HAVA

23 İyun 2023 , 09:35
Azərbaycana qar yağıb - FAKTİKİ HAVA
foto şərtidir

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 23-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub. İyunun 22-də axşam saatlarında Şahdağa qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 44, Göygöldə 34, Şəkidə 30, Daşkəsəndə 32, Qəbələdə 26, Gəncədə 25, Balakəndə 23, Gədəbəydə 19, Oğuzda 18, Qaxda 16, Tovuz, Qrız, Ceyrançöldə 12, Mingəçevir, Şahdağ, Qusar, Şəmkir, Naftalan, Şərur, Quba, Ağdam, Tərtər, Ağstafa, Naxçıvan, Şahbuz, Sədərək, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Lerikdə 8 mm–dək olub.

İyunun 22-də saat 20:00-da Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb.

İyunun 22-də şimal-qərb küləyi arabir Naxçıvanda 20 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu iyunun 22-də iqlim normasından 1 dərəcə aşağı olaraq Bakı, Abşeron yarımadası və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 16, Aran rayonlarında 30 dərəcəyədək isti təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
Menyu