Menyu

Azərbaycan və Qazaxıstan arasında müntəzəm uçuşların sayı artırılır

Nərmin Qocamanlı
Azərbaycan və Qazaxıstan arasında müntəzəm uçuşların sayı artırılır

Azərbaycanla Qazaxıstan arasında müntəzəm uçuşların aylıq sayı 32-dən 42-yə çatdırılacaq.

"Operativ Media" Sputnik Qazaxıstan"a istinadən  verir ki, bu barədə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Qazaxıstanın Baş naziri Alixan Smailovun Bakıya səfəri zamanı qurumun Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzaladığı hava əlaqəsi haqqında protokol hesabına olacaq. Belə ki, sənədə əsasən, iki ölkəarasında müntəzəm uçuşların hüquqi bazası genişləndirilib. Bu isə Qazaxıstan və Azərbaycan arasında hava daşımaları bazarında rəqabətin artmasına, həmçinin ölkələr arasında ticarət-iqtisadi, biznes, turizm və mədəni əməkdaşlığın daha da güclənməsinə səbəb olacaq.

Teqlər:

"Azərbaycan Qazaxıstan arasında müntəzəm uçuşların sayı artırılır"

Əlaqəli Xəbərlər