http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Nazirlər Kabineti qərarlarda uyğunlaşdırma edib

23 İyun 2023 , 15:39
Nazirlər Kabineti qərarlarda uyğunlaşdırma edib

Nazirlər Kabinetinin 202 №-li qərarı kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq sahələri üzərində hüquqlarının rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsi məqsədilə qəbul edilib.

“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 oktyabr tarixli 1455 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarının böyük hissəsinin çıxarış sənədləri yoxdur. Fərmanda qeyd olunan tapşırığın müəyyən olunmuş icra müddətində yerinə yetirilməsi baxımından torpaq üzərindəki hüquqların qeydiyyata alınması prosesindəki problemlərin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciətləri əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Bu hal vərəsə olan fermerin miras qalan pay torpağı ilə bağlı hüquqlarını rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş dövlət rüsumunu və xidmət haqqını ikiqat, bəzən isə daha artıq məbləğdə  ödəməsinə səbəb olur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. 

Eyni zamanda Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, qeydiyyat orqanı tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı və 93.2-ci maddələrinə əsasən təlimat qeyd olunan Mülki Məcəlləyə və Qanuna uyğunlaşdırılması həyata keçirilib. 

OXŞAR XƏBƏRLƏR
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
Menyu