http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

23 İyun 2023 , 17:04
“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilmişdir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş dövlət qulluqçularına və veteranlara hədiyyələr təqdim edilmişdir.

Müzəffər Ali Baş Komandan tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulmuşdur. Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu