03 Noyabr 2022, 08:18
Bu gün “Qarabağ” növbəti matçına çıxacaq
Bu gün “Qarabağ” növbəti matçına çıxacaq şəkil
Bu gün “Qarabağ” növbəti matçına çıxacaq

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start veriləcək.

"Operativ Media" xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, matçın “Qarabağ” üçün əhəmiyyəti böyükdür.

Ağdamlılar pley-offa yüksəlmək üçün qalib gəlməlidir. Əgər təmsilçimiz bunu bacarmasa, Yunanıstanda “Olimpiakos”la görüşən “Nant”ın xal itkisinə ümid edəcək.

Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr


21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)


Baş hakim: Aleksey Kulbakov (Belarus)


Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Son xəbərlər
FİFA Meksika klubunu turnirdən kənarlaşdırdı
Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi
Türkiyə səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb