http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ev dustaqlığında olan şəxs yenidən cinayət əməli törətdiyi üçün həbs olunub

24 İyun 2023 , 09:36
Ev dustaqlığında olan şəxs yenidən cinayət əməli törətdiyi üçün həbs olunub

Lənkəran şəhər sakini olan bir nəfər DİN-in “102” xidməti zəng mərkəzinə müraciət edərək gecə saatlarında naməlum şəxs tərəfindən pul və mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli tərətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun sözügedən hadisədən bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq əməlinə görə saxlanılan, həbs olunmasından ötrü məhkəməyə vəsatətlə müraciət edilsə də, məhkəmə tərəfindən humanistlik göstərilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Riyad Əlizadə olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra həmin şəxsin üzərindən narkotik vasitə heroin və soyğunçuluq yolu ilə ələ keçirdiyi mobil telefon aşkarlanaraq götürülüb. Bununla bağlı R.Əlizadənin həbs olunmasından ötrü təkrarən rayon məhkəməsinə vəsatətlə müraciət edildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu