Menyu

 Xaçmazda avtoxuliqanlıq edən şəxs BDYPİ tərəfindən saxlanılıb 

Nərmin Qocamanlı
 Xaçmazda avtoxuliqanlıq edən şəxs BDYPİ tərəfindən saxlanılıb 

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti  Alayının 2-ci taqımının əməkdaşları  tərəfindən keçirilən tədbirlərlə özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan Şabran rayon sakini Ruhid Rəsulov  saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Xaçmaz rayonunun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.
Həmin şəxs ifadəsində əməllərini etiraf edib.

Faktla bağlı araşdırmalar başlanılıb və məhkəmənin qərarı ilə Ruhid Rəsulovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər:

" Xaçmazda avtoxuliqanlıq edən şəxs BDYPİ tərəfindən saxlanılıb "

Əlaqəli Xəbərlər