http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Əməliyyat-taktiki fakültənin dinləyicilərinin buraxılış mərasimi keçirilib

24 İyun 2023 , 10:03
Əməliyyat-taktiki fakültənin dinləyicilərinin buraxılış mərasimi keçirilib

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Əməliyyat-taktiki fakültənin II kurs dinləyicilərinin buraxılışına həsr olunmuş mərasim keçirilib.
Polkovnik Bəbir Quliyev buraxılış mərasiminin proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mərasimin ssenarisinə əsasən əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, kursu müvəffəqiyyətlə başa vurmuş dinləyiciləri təbrik edib, onlara xalqımıza, dövlətimizə,  ordumuza və Ali Baş Komandanımıza layiq lider - komandir olmağı arzulayıb.
General-leytenant H.Piriyev  tərəfindən kurs müddətində tədris və intizama görə fərqlənən məzunlara diplom və döş nişanları təqdim edilib. Əməliyyat-taktiki fakültənin II kursunun digər məzunlarına da diplomlar və döş nişanları Milli Müdafiə Universitetinin rəhbərliyi tərəfindən  təqdim olunub.
Kurs birincisi mayor Pərvin İbadov buraxılış rəmzi olan emblemi yaş kötüyünə vurub. Daha sonra çıxış edərək Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor və müəllim heyətinə bütün dinləyicilər adından dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu