Menyu

AQTA iyunda 26 xarici qida müəssisəsində qiymətləndirmə aparıb

Nərmin Qocamanlı
AQTA iyunda 26 xarici qida müəssisəsində qiymətləndirmə aparıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması yerində qiymətləndirilmə və ya onlayn formatda həyata keçirilir.

Bununla bağlı iyun ayı ərzində Rusiya, Çin, İran, Belarus, Bolqarıstan, Gürcüstan və Ukraynaya məxsus 9-u yerində, 17-si isə onlayn formatda aparılmaqla 26 müəssisədə qiymətləndirmə aparılıb.

Hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan həmin xarici obyektlərdən 20-si təsdiq edilib, 4-ü şərti təsdiq edilib və 2-si ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, bu ilin iyun-sentyabr ayları ərzində həmin ölkələr, eyni zamanda Litva da daxil olmaqla, 41-i yerində, 116-sı onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 157 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.

Agentlik bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq olunacaq.

Teqlər:

"AQTA iyunda 26 xarici qida müəssisəsində qiymətləndirmə aparıb"

Əlaqəli Xəbərlər