http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qırmızı Ürəklər-in iştirakı ilə Şabranda 4 hektar meşəlik ərazi təmizlənib

24 İyun 2023 , 12:15
Qırmızı Ürəklər-in iştirakı ilə Şabranda 4 hektar meşəlik ərazi təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən növbəti təmizlik aksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşulub. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət fondunun könüllüləri Şabranda 4 hektar meşəlik ərazinin tullantılardan təmizlənməsində iştirak edib.
 
"Operativ Media"nın xəbərinə görə, Bakı-Quba avtomobil yolunun kənarındakı meşə zolağında təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ETSN-in, yerli icra orqanlarının əməkdaşları və könüllülər iştirak edib. Aksiya zamanı toplanan plastik və digər tullantılar qablaşdırılaraq aidiyyəti üzrə daşınıb.
 
Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı müsahibəsində bildirib ki, təmizlik aksiyasının keçirilməsində məqsəd meşə ərazilərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, meşə zolağında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır. O həmçinin bildirib ki, Qırmızı Ürəklər Fondu ətraf mühitlə bağlı il boyu çay və dəniz sahillərində, meşə zolaqlarında könüllülərin iştirakı ilə müxtəlif təmizlik aksiyaları həyata keçirir.
 
Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu