http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıxanovda şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb

24 İyun 2023 , 14:16
Bakıxanovda şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi Bakının Sabunçu rayonu, Bakıxanov şəhərtipli qəsəbəsində K.Setkin küçəsi, 4081-ci məhəllədə fiziki şəxs Kazımov Şahin Şakir oğluna məxsus “Napoleon Hall” ictimai iaşə müəssisəsində yoxlama aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, görülən nəzarət tədbirləri çərçivəsində Bakının Sabunçu rayonu, Bakıxanov şəhərtipli qəsəbəsində K.Setkin küçəsi, 4081-ci məhəllədə fiziki şəxs Kazımov Şahin Şakir oğluna məxsus “Napoleon Hall” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Xammalların qəbulu və saxlanılması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Döşəmə, divar və tavanların hamar, təmirli, asan təmizlənən və müntəzəm dezinfeksiya işlərinin aparılmasını təmin edən materialla üzlənmədiyi, o cümlədən tamlığının pozulduğu, işçi masaların və yuma sahəsindəki rəflərin asan yuyulabilən və gigiyenik səthə malik olmadığı, yuma çanağının korroziyaya uğradığı, əsas və yardımçı sahələrdə havalandırma sisteminin quraşdırılmadığı, çirkab su borularının izolyasiya edilmədiyi, soyuq və isti yeməklərin hazırlanması sahələrinin ayrılmadığı, manqalın isti və soyuq yeməklərin hazırlanması sahəsində yerləşdirildiyi, işçi heyət üçün fərdi dolablarla təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu