http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir

24 İyun 2023 , 15:09
Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron, Samux, Qusar və Bərdə rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhəri Sabunçu rayonunun Xəstəxanayanı küçəsi, Xətai rayonunun Zeytun küçəsi, Sumqayıt şəhərinin 13-cü mikrorayonu, Xırdalan şəhərinin 28-ci məhəlləsi, Samux rayonunun Sərkar və Qarağaclı kəndləri, Qusar rayonunun Yasab kəndi, Bərdə rayonunun Lənbəran və Xanərəb kəndləri ərazisində meşə fonduna daxil olmayan, habelə ETSN yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Bərdə Meşənbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında meşə fonduna daxil olan, ümumilikdə 2254 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.  

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs  tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu