http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda 26 il əvvəl törədilmiş qətlin üstü açılıb

24 İyun 2023 , 15:26
Bakıda 26 il əvvəl törədilmiş qətlin üstü açılıb

Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bu istiqamətdə Bakı şəhəri Nizami rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın  1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktına dair başlanmış cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində 26 il əvvəl törədilmiş qətlin üstü açılaraq, cinayətin əvvəllər qəsdən adam öldürmə və sair əməllərə görə məhkum olunmuş Kərim Kərimli tərəfindən mübahisə zəminində xüsusi amansızlıqla törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimli Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.     

Ötən illərdən bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin icrası davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu