http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Abşeron rayonunda sudan qanunsuz istifadə halları aşkar edilib

24 İyun 2023 , 15:48
Abşeron rayonunda sudan qanunsuz istifadə halları aşkar edilib

Hökməli–Qobu yolu üzərində bir sahibkara məxsus 3 obyektdə - “Üç qardaş” kafesi, “Kəndimizin təndir”i və avtomobil yuma məntəqəsində suyun talanması faktı aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu, Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz şəkildə istifadə edib. Masazır qəsəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi də suyu talayıb. Sahibkar obyektin yaxınlığından keçən 200 mm diametrli magistral xəttə özbaşına birləşmə edib. Sudan qanunsuz istifadə ilə bağlı obyektin su təchizatı dayandırılıb.

Aşağı Güzdək qəsəbəsində yerləşən “Zirvə” kafesinə su sayğacı quraşdırılsa da, obyekt sahibi sayğacdankənar əlavə xətt çəkərək sudan qanunsuz istifadə edib. Sudan qeyri-qanuni istifadəyə görə dəymiş ziyan hesablansa da obyekt sahibi ödənişdən yayınıb. Hətta sahibkar yığılmış borcların hissəli ödənilməsi üçün güzəşt imkanından da yararlanmayıb. Hökməli qəsəbəsində yerləşən ət kəsimi məntəqəsinin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib.

Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 7316, Abşeron rayonunda isə 658 fakt aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir

NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir

FHN Gəncədə qanunsuz tikililəri söküb

FHN Gəncədə qanunsuz tikililəri söküb

Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu