Yardımlıda 1,5 tondan artıq xaş-xaş kolu məhv edilib
Nərmin Qocamanlı
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Alar kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 500 kiloqramdan artıq olan 10 min ədədə yaxın xaş-xaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net