http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Kapital Bank-la UNEC arasında yeni memorandum imzalanıb

25 İyun 2023 , 10:10
Kapital Bank-la UNEC arasında yeni memorandum imzalanıb

Təhsil layihələrinin inkişafına böyük önəm verən Kapital Bank 2016-cı ildə UNEC-lə birgə anlaşma memorandumu imzalamışdır. Memorandum çərçivəsində bu illər ərzində bir sıra layihələr həyata keçirilib. Əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 24 iyun 2023-cü il tarixində ali məktəblə yeni memorandum imzalanıb.

"Operativ Media" xəbər verir ki, tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov, UNEC rektoru professor Ədalət Muradov, həmçinin universitetin və bankın əməkdaşları iştirak ediblər. Kapital Bank ilə UNEC arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. Kapital Bank-ın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyən F.Hüseynov, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.

Rektor Ədalət Muradov UNEC-in Kapital Bank-la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda UNEC-in rektoru Ədalət Muradov Fərid Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu