RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Nərmin Qocamanlı
26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
"Operativ Media" xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yaydığı məlumata istinadən xəbər verir ki, bununla əlaqədar nazirlik qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Teqlər:
"RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək"