Menyu

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı açıqlanıb

Nərmin Qocamanlı
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı açıqlanıb
1 dəq oxu

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin ilk 5 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 20 min 565-i fərdi yaşayış və bağ evi, 38 min 325-i mənzil, 164 min 865-i torpaq sahəsi, 1265-i qeyri-yaşayış binası, 3121-i qeyri-yaşayış sahəsi, 288-i əmlak kompleksi, 46-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 40 min 390-ı Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Əlaqəli Xəbərlər