Menyu

Sabunçuda dəmir yolundan 3 min manatlıq metal tor oğurlanıb

Nərmin Qocamanlı
Sabunçuda dəmir yolundan 3 min manatlıq metal tor oğurlanıb

Dəmir yollarında təhlükəsizliyi təmin etmək üçün quraşdırılan dəyəri 3 min manat olan 22 ədəd metal tor oğurlayan şəxs saxlanılıb

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və Polis Şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torlar isə polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları satmaq məqsədi ilə oğurladığını etiraf edib. 

Qeyd edək ki, Kamran Loğmanov etdiyi oğurluq nəticəsində dəmir yol təsərrüfatına 3 min manata yaxın maddi ziyan vurub. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Teqlər:

"Sabunçuda dəmir yolundan 3 min manatlıq metal tor oğurlanıb"

Əlaqəli Xəbərlər