http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib-VİDEO

25 İyun 2023 , 12:20
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib-VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Daşgil neft yığma məntəqəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Burada əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı çənlər parkında baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin, Bakı şəhərinin Qaradağ və Səbail Rayon Yanğından Mühafizə hissələrinin, həmçinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin ümumilikdə 19 texnika və 108 nəfər şəxsi heyəti cəlb olunub.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu