http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Gədəbəydə vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabatı dinlənilib

25 İyun 2023 , 13:22
Gədəbəydə vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabatı dinlənilib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə Baş nazirə məruzə edib.

Bildirilib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Vurğulanıb ki, eyni zamanda, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur.

İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edilib.

Baş nazir sakinlərin sağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verib.

Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu