Menyu

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Əziz Əzizli
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Cari il martın 13-də Astara rayon Maşxan kənd sakini 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə "Operativ Media"ya rayon prokurorluğundan məlumat verilib.

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Yusif Verdiyevin evə qanunsuz daxil olmaqla yatmış vəziyyətdə olan keçmiş arvadı Gülşən Qurbanovanı azyaşlı qızının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif Verdiyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər