Menyu

2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı proqnozlaşdırılır

Nərmin Qocamanlı
2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı proqnozlaşdırılır

Azərbaycanda 2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı proqnozlaşdırılır.

“Operativ Media"” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində bildirilir.

Sənədə əsasən, 2026-cı ildə ölkədə 30 274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 222,3 min ton) ilə müqayisədə 3% azdır.

Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 649,7 min ton və 30 695,4 min ton neft hasil olunacaq.

Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 24 493,4 min ton neft hasil edilib, bu da illik müqayisədə 5,3% azdır.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 34 580,7 min ton neft hasil edilib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,1% çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər