Menyu

Sumqayıtda 36 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Sumqayıtda 36 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB

İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda istintaq tədbirləri davam edir.

 

***

İyunun 26-də saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. O, saxlanılıb. 

Araşdırma aparılır.

Teqlər:

"Sumqayıtda 36 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər