Aİ Türkiyəyə taxıl dəhlizinin bərpasındakı roluna görə təşəkkür edib

Nərmin Qocamanova
Aİ Türkiyəyə taxıl dəhlizinin bərpasındakı roluna görə təşəkkür edib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə taxıl dəhlizinin bərpasındakı roluna görə təşəkkür edib.


"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqının Ali Nümayəndəsi "Twitter"də paylaşım edib.


"Aİ BMT və Türkiyənin Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmaq qərarında oynadığı rola görə onlara minnətdardır.


Ərzaq heç vaxt müharibə silahı kimi istifadə edilməməlidir. Taxıl ixracı Rusiyanın şiddətləndirdiyi qlobal ərzaq böhranını həll etmək üçün çox vacibdir.
Bütün tərəfləri Təşəbbüsü yeniləməyə çağırırıq" - deyə o, paylaşımda qeyd edib.

Digər xəbərlər