Bakı-Şamaxı yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır
Redaksiya
Hazırda Bakı-Şamaxı yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır. Nəqliyyatın hərəkətində məhdudlaşdırılma yoxdur.
"Operativ Media" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.
"Hadisə baş verdiyi andan etibarən əraziyə cəlb edilmiş DYP əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləyərək təhlükəsizliyi təmin ediblər.
Hazırda sözügedən yolda nəqliyyatın hərəkəti maneəsiz təşkil edilir. Qeyd olunan ərazidə və alternativ yollarda hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb".
Teqlər:
"Bakı-Şamaxı yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır"