http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlayır

30 İyun 2023 , 11:31
Üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlayır

Bu gündən sayca üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilir.

"Operativ Media" xəbər verir ki, müsabiqənin yarımfinal mərhələsi iyunun 30-dan iyulun 1-2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Yarımfinalda iştirakçıların 8 səriştəsi (strateji düşüncə bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Əvvəlki mərhələləri uğurla başa vuran 12 min 299 nəfərdən 343-ü yarımfinalda iştirak hüququ qazanıb. Yarımfinal mərhələsinə keçənlər arasında 1-ci müsabiqədən qatılan 18, 2-ci-dən 120 və bundan əvvəlki müsabiqələrin hər ikisində iştirak edən 62 nəfər iştirakçı yer alır.

Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR
AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir

AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir

Bakıda obyektdəki yanğın söndürülüb

Bakıda obyektdəki yanğın söndürülüb

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

XƏBƏR LENTİ
  • 11:26

    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
  • 10:07

    İranın cənub-şərqində helikopter qəzası baş verib
  • 09:30

    Hakan Fidan: “Hizbullah”ın lideri region üçün önəmli fiqur idi
  • 09:25

    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Menyu