Menyu

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Fərəcov olduğu müəyyən edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs toy məclisindən çıxan zərərçəkənin içkili vəziyyətdə olmağından istifadə edərək ona qarşı soyğunçuluq edib və həmin ərazidən uzaqlaşıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, V.Fərəcov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər