Menyu

Gəncədə kişi qadına və özünü bıçaqla xəsarət yetirib

Redaksiya
Gəncədə kişi qadına və özünü bıçaqla xəsarət yetirib

İyulun 1-də 1988-ci il təvəllüdlü Şəhla Bayramova və 1989-cu il təvəllüdlü Ramin İmanovun xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan "Operativ Media"ya bildirilib ki, aparılmış araşdırmalarla Ramin İmanovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış evində Şəhla Bayramovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Gəncədə kişi qadına özünü bıçaqla xəsarət yetirib"

Əlaqəli Xəbərlər