http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib 

01 İyul 2023 , 13:59
Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib 

Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər.  İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib,  önünə gül dəstələri düzüblər. 
Qax şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar ilk öncə Ümumilli Liderin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Dövlət Himni səsləndirilib. 
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov əvvəlcə  daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. 
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda obyektdəki yanğın söndürülüb

Bakıda obyektdəki yanğın söndürülüb

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu