Müşviqabadda köməyə ehtiyacı olan azyaşlı xilas olunub
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bildirilib ki, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2016-cı il təvəllüdlü azyaşlının barmağında dəmir halqa qalaraq barmağın şişməsinə səbəb olub.
Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsərək çıxarıblar.
Teqlər:
"Müşviqabadda köməyə ehtiyacı olan azyaşlı xilas olunub"